"Fənərbağça"nın yeni hədəfi

Bu mövsüm çempionluğu hədəfləyən "Fənərbağça" transfer çalışmalarını davam etdirir.

Sportline.az "Fotomaç"a istinadla xəbər verir ki, həyata keçirdikləri səs-küylü transferlərlə kifayətlənməyən istanbulluların növbəti hədəfi uruqvaylı Fabrisio Diasdır.

Ölkəsinin "Liverpil" klubunda forma geyinən 20 yaşlı ulduzla danışıqlar davam edir.

Transferə mane olacaq əsas amil isə, "Barselona"nın da bu yarımmüdafiəçiyə "elçi düşməsidir".

Məsələyə yaxın günlərdə aydınlıq gətiriləcəyi bildirilir.