"Fənərbağça"nın yeni hədəfi

Qış transfer pəncərəsində orta sahəni gücləndirmək niyyətində olan "Fənərbağça" bu məqsədlə Fransaya üz tutacaq.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, istanbullular "Monako"nun yarımmüdafiəçisi Yussuf Fofananı hədəfləyiblər.

Fransalı ulduzun monakolularla anlaşması mövsümün sonunda bitəcək.

24 yaşlı futbolçunu yaxından izləyən istanbulluların artıq futbolçunun meneceri ilə danışıqlara başladığı bildirilir.

Mənbənin yaydığı məlumata görə, Fransa millisinin üzvü ilə qitənin bir neçə tanınmış klubu da maraqlanır.