"Fənərbağça"nın yeni transferi

"Fənərbaxça" yeni transferini rəsmiləşdirib.

Sportline.az xəbər verir ki, İstanbul nəhəngi "Milan"dan Rade Kruniçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bosniya və Herseqovinalı yarımmüdafiəçi dünən gecə İstanbula gedib. Tibbi müayinədən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm A Seriyasında 14 oyunda meydana çıxıb.