"Fənərbağça"nın yeni transferi
Türkiyə nəhənglərindən olan "Fənərbağça" daha bir ulduz futbolçunu heyətinə qatmaqda maraqlıdır.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, söhbət "Milan"nın futbolçusu Radi Kruniçdən gedir. "Sarı-lacivərtlər" İtaliya klubuna futbolçu üçün 4 milyon avro təklif ediblər.
Radi Kruniçə isə illik 3,5 milyon avro maaş təklif oludnuğu bildirilib. Futbolçu ilə ən qısa müddətdə razılıq əldə olunacağı gözlənilir.
Qeyd edək ki, Radi Kruniç "Milan" "Frazinoni" görüşündə meydana çıxmaqdan imtina ettiyi üçün, klub rəsmiləri futbolçunu komandadan göndərmək qərarına gəliblər.