"Fənərbağça"nın zədəli futbolçularının son durumu

Mövsümə inamlı start verməklə azarkeşlərini çempionluğa ümidləndirən "Fənərbağça"nı həftəsonu daha bir vacib oyun gözləyir.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi şənbə günü Super Liqada "Trabzonspor"la qarşılaşacaq.

Çətin oyun ərəfəsində "sarı-lacivərtlər"in heyətində ciddi itkilər var.

Serdar Azizin əməliyyat olunması və Cikunun sınıq xəbərinin ardınca daha iki futbolçunun meydana çıxmayacağı məlum olub.

Söhbət "Pendikspor"la oyunda zədələnən Rodriqo Bekao və Fred Rodrigesdən gedir.

Müayinələrdən sonra Bekaonun əzələsində, Fredin isə qasıq nahiyəsində ciddi zədə aşkarlanıb.

Sözügedən futbolçular "Trabzonspor"la görüşdə komandasına kömək edə bilməyəck.