"Fənərbağça"ya geri döndü
Qış transfer pəncərəsində "Panatinaikos"a transfer olunan Samet Akaydın Türkiyəyə qayıdıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 30 yaşlı müdafiəçi Atatürk haqqında etdiyi paylaşıma görə Yunanıstan klubunun heyətindən uzaqlaşdırılmışdı.
Mənbənin xəbərinə görə, Samet Akaydın mövsümün sonu "Fənərbağça" ilə yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, türkiyəli futbolçu "Panatinaikos" forması ilə 15 oyuna çıxıb.