"Fənərbaxça" autsayderlə oyunda xal itirdi

Türkiyə Super Liqasında 17-ci tur davam edir. SportLine.az xəbər verir ki, son oyun günü maraqlı nəticə ilə yadda qalıb. 

Çempionatın favoritlərindən "Fənərbaxça" doğma meydanda "Adanaspor"la bacarmayıb. Autsayderlə görüşün gedişində məğlub duruma düşən İstanbul klubu 78-ci dəqiqədə Fernandaonun penaltidən vurduğu qolla 1 xal əldə etməyə müvəffəq olub. 

“Fənərbaxça” – “Adanaspor” - 2:2
Qollar: 
 Queye, 23 (0:1),  Topal, 40,  (1:1), Roni, 45 (1:2), Fernandao, 78-pen. (2:2)

Standings provided by Sofascore LiveScore