"Fənərbaxça" Bursada xal itirdi, "Trabzonspor" qalib gəldi
Türkiyə Super liqasında 20-ci tur davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha üç qarşılaşma keçirilib.
Favoritlərdən "Fənərbaxça" növbəti xal itkisi ilə üzləşib. "Bursaspor"un qonağı olan "sarı bülbüllər" bərabərliklə kifayətlənib.
"Trabzonspor" "Osmanlıspor" səfərində, "Alanyaspor" isə doğma meydanda sevinib.
"Bursapsor" - "Fənərbaxça" - 1:1
"Alanyaspor" - "Gənclərbirliyi" - 3:0
"Osmanlıspor" - "Trabzonspor" - 0:1