"Fənərbaxça" kubokdan imtina edir?
"Beşiktaş"la oyundan sonra Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən bir neçə cəzaya məruz qalan "Fənərbaxça" klubunda fövqəladə iclas keçirilib. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda klubun idarə heyətinin üzvləri iştirak ediblər.
Prezident Əziz Yıldırımın səsləndirdiyi fikirlər isə daha çox əks-səda doğurub. Yıldırım Dəmirörənin rəhbərlik etdiyi TFF-yə inamın tamamilə itdiyini deyən Əziz Yıldırım qəbul olunan qərarların, ilk növbədə, Türkiyə futboluna zərər verdiyini dilə gətirib. O, belə haqsızlıqlar davam etdiyi müddətdə radikal addımlar atacaqlarını da deyib: "İntizam Komitəsində "Beşiktaş"a yaxın adamlar kifayət qədərdir. Onlardan belə qərarları gözləmək olardı", - deyən Əziz Yıldırım kubokdan imtina edə biləcəklərini də vurğulayıb.
Qeyd edək ki, Türkiyə kuboku çərçivəsində keçirilən "Beşiktaş" - "Fənərbaxça" matçı qalmaqallarla yadda qalıb. İntizam Komitəsi isə "Fənərbaxça" klubunu və komandanın üzvü Robin var Persini cəzalandırıb.