"Fənərbaxça" Volkan Dəmirəllə yollarını ayırır
"Fənərbaxça" mövsümün sonunda müqaviləsi bitəcək Volkan Dəmirəllə yollarını ayıracaq. SportLine.az xəbər verir ki, bu barədə "Hürriyət" məlumat yayıb.
Xəbərdə 35 yaşlı qapıçı ilə müqavilə yenilənməyəcəyi yazılır.
Bundan əvvəl Emre Belözoğlu, Selçuk Şahin, Piyerr Vebo, Egemen Korkmaz kimi yaşı çox olan futbolçularla vidalaşan "sarı bülbüllər" bu dəfə kapitanlarını göndərməyə hazırlaşır.
Qeyd edək ki, V.Dəmirəl 2002-ci ildə "Kartalspor"dan transfer edilib.