"Fənərbaxça"nın şikayəti müsbət nəticə verdi
Türkiyə Futbol Federasiyası Robin van Persinin üç oyunluq cəzasını iki oyuna endirib. SportLine.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Beşiktaş"la görüşdə azarkeşlərə dil çıxardığı üçün cəzalandırılan hollandiyalı futbolçunun cəzasına yenidən baxılması üçün müraciət edən "Fənərbaxça" klubu istəyinə çatıb. Beləliklə, "sarı bülbüllər" "Bursaspor" və "Kasımpaşa" ilə görüşlərdə Robin van Persinin köməyindən məhrum olublar. "Qaziantepspor"la görüşdə isə hollandiyalı meydanda ola biləcək.