Ferdi "Fənərbağça"ya qayıdır?

“Fənərbağça” sabiq futbolçusu Ferdi Kadıoğlunu yenidən heyətinə qatmaq istəyir.

Sportline.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Brayton” klubunda gələcəyi qeyri-müəyyən olan 26 yaşlı futbolçunun durumunu yaxından izləyir.

Məlumata görə, “Brayton” Ferdi Kadıoğlunun ayrılmasına icazə versə, “Fənərbağça” transfer üçün dərhal danışıqlara başlayacaq. Klub rəhbərliyinin bu keçidi reallaşdırmaq üçün maliyyə imkanlarını hazır vəziyyətdə saxladığı bildirilir.

Transfer xəbərində diqqətçəkən digər məqam isə Ferdi Kadıoğlunun mövqeyidir. Türkiyə millisinin üzvünün uyğun şərtlər yaranacağı təqdirdə “Fənərbağça”ya qayıtmağa müsbət yanaşdığı iddia edilir.

Hazırda İstanbul klubunun “Brayton”un qərarını gözlədiyi qeyd olunur.