Fərdi Kadıoğlu: "Hər qol mənim üçün özəldir, amma..."

"Fənərbağça"nın və Türkiyə millisinin üzvü Fərdi Kadıoğlu Almaniya ilə oyun barədə danışıb.

Sportline.az xəbər verir ki, Bundestimin 2:3 hesabı ilə uduzduğu oyunda baxımlı qola imza atan Fərdi "TRT Haber"ə danışıb.

"Hər qol mənim üçün özəldir, amma millidə vurduğum qollara bir başqa sevinirəm. Çünki burada bütün Türkiyəni təmsil edirəm" - deyə Kadıoğlu bildirib.