Fərdi Kadıoğlu komandadan ayrılacaq

"Fənərbağça"nın ulduz futbolçusu Fərdi Kadıoğlu komandadan ayrılacağı gözlənilir. 

Sportline.az xəbər verir ki, 25 yaşlı cinah hücumçusu üçün Avropa klublarının təklif göndərdii bildirilib. 

Fərdi Kadıoğlu isə "Fənərbağça ilə bu mövsüm qazana biləcəyi bütün kuboklar üçün mübarizə aparacağını və daha sonra transfer barədə düşünəcəyini deyib.

Qeyd edək ki, Almaniyanın "Borussiya Dortmund" klubu Fərdi Kadıoğlu üçün rəsmi təklif göndərib və transferin yayda gerçəkləşəcəyi gözlənilir.