Ferdi Kadıoğluna İtaliyadan ciddi təklif gəlib

Ferdi Kadıoğlu üçün İtaliya, İspaniya və İngilətərə klublarından gələn təkliflər “Fənərbağça” rəhbərliyi tərəfindən diqqətə alınıb.

Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, İtaliyanın “Napoli” klubu ən yüksək məbləği təklif etdiyindən futbolçunun karyerasını İtaliya A seriyasında davam etdirəcəyi gözlənilir.

Məbləğ isə hələ ki, açıqlanmayıb.

Fərdi Kadıoğlu Arda Gülərin gedişindən sonra Avropa klublarında oynamaq istədiyini bildirib.

Qeyd edək ki, 24 yaşlı futbolçunun “Fənərbğaça” ilə müqavilə müddəti 2026-cı ilədəkdir.