Fərdi Kadıoğlunun transfer məbləği bəlli oldu

“Fənərbağça” “Sivasspor” görüşündə performansı ilə diqqət çəkən Fərdi Kadıoğlu “Napoli” və “Barrusiya Dortmund”un maraq dairəsinə girib.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, Avropa klubları Fərdi üçün İstanbula skautlar göndəriblər.

“Fənərbağça” 24 yaşlı gənc ulduzu üçün 20 milyon avro tələb edib. Almaniya klubu “Barrusiya Dortmund”un ən qısa müddətdə “sarı-lacivərtlər”lə razılıq əldə edəcəyi gözlənilir.

Qeyd edək ki, Fərdi Kadıoğlu bu mövsüm “Fənərbağça” forması ilə çıxdığı 20 oyunda 1 qol, 3 asistlə yadda qalıb.