Fernando Muslera "Sivasspor"la görüşdə komandasına kömək edə bilməyəcək
"Qalatasaray"ın təcrübəli qolkiperi gələn həftə oynanacaq "Sivasspor" matçında əsas heyətdə yer ala bilməyəcək.
Sportline.az Sporx.com.tr-yə istiadla xəbər verir ki, buna səbəb "Adana Demirspor"la görüşdə Fernando Musleranın sarı vərəqə ilə cəzalandırılması olub.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk qolkiperin cəzalı duruma düşməsinin ardından əsəblərini çilovlaya bilməyib.
Qeyd edək ki, "Qalatasaray" "Adana Demirspor"görüşünün ilk hissəsi meydan sahiblərinin 2-1 heasblı üstünlüyü ilə başa çatıb.