"Feyenoord"u "Brentford"a dəyişir
"Feyenoord"un niderlandlı yarımmüdafiəçisi Antoni Milambo karyerasını "Brentford"da davam etdirməyə yaxındır.
Sportline.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu İngiltərə Premyer Liqasında çıxış etmək arzusundadır. Bu səbəbdən bu təklifə müsbət cavab verib.
Antoni Milambo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 7 qol 9 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, gənc futbolçunun dəyəri 20 milyon avrodur.