FİFA 2026 Dünya Çempionatının oyun təqvimi açıqlanıb

Ameikada keçiriləcək FİFA 2026 Dünya Çempionatının oyun təqvimi bəlli olub.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Dünya Çempionatının açılış matçı 11 iyunda  Dieqo Armando Maradonanın əllə qol vurduğu "Azteka Stadion"da keçiriləcək. 

Final görüşünün isə Nyu Cersidəki "MetLife" stadionunda baş tutacağı bildirilib. 

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatının püşkatması 2025-ci ilin sonlarında keçiriləcək.