FİFA Braziliyanı beynəlxalq yarışlardan uzaqlaşdıra bilər

Braziliya Futbol Konfederasiyası ciddi sanksiya ilə üzləşə bilər.

Sportline.az xəbər verir ki, FIFA bu ölkənin ali futbol qurumuna vaxtından əvvəl seçki keçirilməsinin əleyhinədir.

"Associated Press"in məlumatına görə, FİFA müdaxilə olunacağı təqdirdə Braziliya milli komandalarını və klublarını beynəlxalq yarışlardan kənarlaşdıracağını bildirib. 

Qeyd edək ki, Rio-de-Janeyro məhkəməsi ötən ilki seçkilərdə yol verilən pozuntularla əlaqədar dekabrın 7-də Ednaldo Rodrigesi vəzifəsindən uzaqlaşdırıb.

Braziliyanın iki ali məhkəməsi də bu qərarı təsdiqləyib.