FİFA ilin ilk reytinq cədvəlini açıqladı
FİFA milli komandaların 2017-ci ildə ilk reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, ötən ayla müqayisədə mövqeyində heç bir dəyişiklik olmayan Azərbaycan millisi planetin 90-cı komandasıdır. Seçmə komandanın hesabında 386 xal var.
Siyahıya yenə Argentina millisi başçılıq edir. İlk "10-luq" isə belədir:
1. Argentina - 1634
2. Braziliya - 1544
3. Almaniya - 1433
4. Çili - 1404
5. Belçika - 1368
6. Kolumbiya - 1345
7. Fransa - 1305
8. Portuqaliya - 1229
9. Uruqvay - 1187
10. İspaniya - 1166
DÇ-2018-in təsnifat mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan komandaların mövqeyi belədir:
3. Almaniya - 1433
32. Şimali İrlandiya - 767
43. Çexiya - 671
84. Norveç - 418
90. Azərbaycan - 386
202. San-Marino - 17
Qeyd edək ki, hesabında 851 xalı olan Türkiyə 24-cü, 592 xalla Rusiya isə 56-cı pillədə qərarlaşıb.