FİFA referimiz "Bavariya"nın oyununda

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev daha bir təyinat alıb.

Sportline.az xəbər verir ki, o, Gənclər Liqası görüşünü idarə edəcək.

UEFA A qrupu çərçivəsində “Bavariya” (Almaniya) – “Kopenhagen” (Danimarka) qarşılaşmasını FİFA referisinə həvalə edib. Məsiyevə yan xətt hakimi kimi Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər.

Dördüncü hakim isə yerli Mixael Baxer olacaq.

Qeyd edək ki, görüş noyabrın 29-da Münxendə keçiriləcək.