"Qalatasaray"da daha bir ayrılıq gözlənilir.
"Qalatasaray"da daha bir ayrılıq gözlənilir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Qalatasaray"ın cinah hücumçusu Vilfred Zaha "Beşiktaş"la görüşdən öncə Okan Burukla görüşərək oynamaq istəmədiyini bildirib.
Təcrübəli mütəxəsis isə futbolçunun bu hərəkətindən sonra komandadan göndərilməsini tələb edib.
Qeyd edək ki, Vilfred Zaha mövsümün başlarında "Kristal Pelas" klubundan transfer olunmuşdu.