Final oyununun hakimi müəyyənləşib
Türkiyə 1-ci liqasında keçiriləcək "Sakaryaspor"-"Bodrumspor" pley-off finalının hakimi bəlli olub.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Super Liqaya vəsiqə uğrundə həlledici görüşü türkiyəli hakim Abdulkadir Bitiqen idarə edəcək.
"Sakaryaspor" 1-ci liqada mövsümü 60 xalla 3-cü sırada bitirib və birbaşa olaraq final mərhələsinə vəsiqə qazanıb.
Liqanı 57 xalla 4-cü sırada tamamlayan "Bodrumspor" isə bu mərhələyə kimi "Boluspor" və "Çorum" komandalarını yarışdan uzaqlaşdırıb.
Qeyd edək ki, "Sakaryaspor"-"Bodrumspor" final qarşılaşması mayın 30-da saat 21:00-da başlanacaq.