Firdovsi Umudov: "Qələbəni şəhidlərimizə həsr edirik"
"Bütün xalqımızı təbrik edirəm. Bu tək bizim qələbəmiz deyil, eyni zamanda bütün Azərbaycanımızın qələbəsidir".
SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov deyib.
O bildirib ki, Olimpiya Oyunlarında 18 medal qazanmaq, çox möhtəşəm qələbədir:
"Sərbəst güləşçilərimiz 6 çəki dərəcəsində mübarizə aparırdı və 5 medal qazanaraq komanda hesabında birinci yerə çıxdılar. Komanda qızıla köklənmişdi. Lakin alınmadı. Bundan sonra da çalışacağıq ki, qələbələri davam etdirək. Biz aprel ayında uşaqlar ilə Göygöldə təlim-məşq toplanışında olanda, cəbhədə döyüşlər gedirdi, biz qələbəni o və ümumiyyətlə bütün şəhidlərimizə həsr edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin".