“Fluminense”nin 44 yaşlı qapıçısı tarixi rekorda imza atıb

Fabio futbol tarixində ən çox oyun keçirən futbolçu oldu.

Sportline.az xəbər verir ki, “Fluminense”nin 44 yaşlı qapıçısı Fabio dünya futbolunda tarixi rekorda imza atıb. Braziliyalı təcrübəli qolkiper futbol tarixində ən çox oyun keçirən futbolçu adına yiyələnib.

Yeni rekorda əsasən Fabio 1391 matçda meydana çıxaraq hamını geridə qoyub.

Ən çox oyun keçirən futbolçular siyahısı belədir:

1) Fabio — 1391 oyun

2) Peter Şilton — 1390 oyun

3) Pol Bastok — 1284 oyun

4) Ronaldo — 1283 oyun

5) Roqerio Seni — 1226 oyun

44 yaşlı Fabio karyerası ərzində həm Braziliya çempionatında, həm də beynəlxalq arenada sabit çıxışları ilə seçilib və hələ də yüksək səviyyədə oynamağa davam edir.