Fransa klubu "Fənərbağça"nın futbolçusu ilə maraqlanır
Fransa klubu "Fənərbağça"nın hücumçusunun transferində maraqlıdır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Renn" klubu "sarı lacivərtlər"in belçikalı hücumçusu Mitçi Batşuayini transfer etmək istəyir.
Fransa mediası tərəflər arasında görşələrin başladığını və "Renn"in təklif göndərdiyini bildirib.
Qeyd edək ki, Mitçi Batşuai bu mövsüm "Fənərbğça" forması ilə çıxdığı 30 oyunda 17 qol, 3 asistlə yadda qalıb.