Fransa liqasında 1 dəqiqəlik sükut

Fransa çempionatının 9-cu turunun görüşləri bir dəqiqəlik sükutla başlanacaq.

Sportline.az Fransa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Arrasda ölən müəllim Dominik Bernardın, Brüsseldə AVRO-2024-ün seçmə mərhələsinin matçından əvvəl İsveç azarkeşlərinin öldürülməsi və İsrail-Fələstin münaqişəsinin çoxsaylı qurbanlarına görə oyunlarda bir dəqiqəlik sükut olacaq.

Liqa 1-də 9-cu turun oyunları oktyabrın 20-də başlanacaq və  22-dək davam edəcək.