Fransa millisi dünya çempionatından kənarlaşdırıla bilər

Fransanın 17 yaşadək futbolçulardan ibarət millisi dünya çempionatından uzaqlaşdırıla bilər.

Sportline.az xəbər verir ki, buna səbəb "Monpelye"nin hücumçusuı Yanis İssufudur.

Fransa seçməsində çıxış edən 17 yaşlı hücumçu turnirin əvvəlində Niger millisinin heyətində çıxış edib. FIFA qaydalarına görə bir oyunçunun eyni yarışda bir neçə komandada çıxış etməsi qadağandır.