Fransa Superkubokunun oyunu təxirə salınıb

PSJ ilə Monako arasında keçiriləcək 2024-cü il Fransa Superkuboku uğrunda oyun təxirə salınıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, son Fransa çempionu və Ölkə Kubokunun qalibi PSJ ilə Liqa 1-in gümüş mükafatçısı "Monako" arasında kubok matçı əvvəlcə 8 avqust 2024-cü ildə Pekində keçirilməli idi.

Paris klubunun mətbuat xidməti matçın Çində keçirilməyəcəyini və irəli bir tarixə taxirə salındığını bildirib.

Oyunun keçiriləcəyi məkan və tarix daha sonra açıqlanacaq.