Fransada çıxış edən rusiyalı futbolçu rəqibdən çəkinir

"Monako" klubunda çıxış edən rusiyalı futbolçu rəqibdən çəindiyini deyib.

Sportline.az xəbər verir ki, Fransa klubunun 27 yaşlı yarımmüdafiəçisi Aleksandır Qolovin "PSJ" komandası ilə qarşılşamaqdan çəkindiyini bildirib.

Futbolçu açıqlamsında :"Lans"la görüşdə inamlı qələbə qazandıq. Komandamızın çıxışından olduqca razıyam.Qarşıda bizi çox çətin görüş gözləyir. "PSJ" bu liqanın ən yaxşı klubudur və qalib gəlmək heç də asan deyil. Amma yenə də əlimizdən gələni edəcəyik",-deyib.

Qeyd edək ki, Aleksandır Qolovin bu mövsüm "Monako" forması ilə çıxdığı 22 oyunda 6 qol, 4 asistlə yadda qalıb.