Fransalı futbolçu karyerasını "Vest Bromviç Albion"da davam etdirəcək
Fransalı futbolçu karyerasını "Vest Bromviç Albion"da davam etdirəcək.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Olimpiakos"un 33 yaşlı futbolçu Yann Mvil Çempionşip klublarından olan "Vest Bromviç Albion"a qatılıb.
Yarımümdafiəçi mövsüm sonundək icarə əsasında İngiltərə klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Yann Mvile karyerası ərzində çıxdığı 517 matçda 16 qol, 29 asistlə yadda qalıb.