Fuad Niftəliyev: "Çalışacağıq ki, birinciliyi qoruyaq"

"Çalışacağıq ki, birinciliyi qoruyaq".

Bunu Sportline.az saytına açıqlamasında "Sabah" basketbol klubunun üzvü Fuad Niftəliyev deyib:

"Komandada vəziyyət yaxşıdır. Əsas odur ki, zədəli basketbolçumuz yoxdur. 22 turdan sonra 1-ci pillədəyik. Çalışacağıq ki, birinciliyi qoruyaq. Əsas məqsədimiz çempion olmaqdır".