Futbol ulduzundan məğlubiyyətə maraqlı yanaşma

Braziliya millisinin sabiq forvardı Kaka keçmiş komandası "Milan"ın son oyundakı məğlubiyyətinə özünəməxsus münasibət bildirib.

Sportline.az xəbər verir ki, o, İTASportPress-ə açıqlamasında futbolla Formula 1 yarışlarını müqayisə edib.

"Formula 1-lə futbolun fərqinə varmısınız? Orada hər şeyi saniyələr həll edir. Futbolda isə xırda detallar. "Milan" "Udineze"yə uduzdu. Amma, çempionat uzundur. Gəlin yaxşıya ümid edək", - deyə Kaka düşüncəsini bölüşüb.

Qeyd edək ki, aktivində 22 xalı olan "Milan" yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.