Futbolçu 2,9 milyon avro cərimələndi
FIFA norveçli oyunçunu 2.9 milyon avro ödəməyə məcbur edib
Sportline.az "NettavisenSport" nəşrinə istinadla xəbər verir ki, Beynaxalq Futbol Federasiyası - FİFA “Əl Raed” klubunun yarımmüdafiəçisi Matias Normandan Rusiyanın “Rostov” klubuna müqaviləni vaxtından əvvəl əsassız olaraq pozduğuna görə 2.9 milyon avro ödəməyi tələb edib.
27 yaşlı futbolçu bütün məbləği RPL klubuna ödəməsə, pulu köçürənə qədər diskvalifikasiya olunacaq.
Norman 2019-cu ilin yanvar ayı “Rostov”a keçmişdi. Bu müddət ərzində 50-dən çox oyuna çıxan futbolçu 2021-ci ildə icarə asasında “Norviç Siti”yə yollanıb. 2022-ci ilin yayında isə icarə əsasında “Dinamo Moskva”nın oyunçusu olub.
2023-cü ilin avqustunda Norman “Rostov” və “Dinamo” klublarına məktub göndərərək müqaviləni ləğv etməklərini istəyib.
Səbəb olaraq isə Moskva şəhərinin qüllərərinə pilotsuz təyyarələrin hücumunu göstərib.
Bundan sonra futbolçu könüllü olaraq “Əl Raed” klubuna keçib.