Futbolçumuzun komandası məğlub oldu

Niderland birinci divizionunda 16-cı turun matçları keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" "Qroningen"in qonağı olub. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Kökçü meydana start heyətdə çıxıb və sona qədər də oynayıb.

Qeyd edək ki, "Eyndhoven" hazırda turnir cədvəlində 21 xalla 12-ci pillədədir.

"Qroningen" - "Eyndhoven" - 2:1

Qollar: Balker, 18, Duarte, 82 - Balker, 36-avtoqol.