Futbolçuya banan tulladığına görə 356 min cərimələndi
"Zenit"in futbolçusu Vendelə banan tullayan azarkeş 356 min rubl məbləğində cərimələnib.
Sportline.az xəbər verir ki, Rusiyanın Ulyanovsk vilayətinin məhkəməsi belə qərar çıxarıb.
Bu haqda "73 Onlayn" məlumat yayıb.
Qeyd edək ki, qalmaqala səbəb olan hadisə Rusiya kubokunun 14 final mərhələsində yerli "Volqa" ilə "Zenit" arasındakı matçda yaşanmışdı.
2020-ci ildən "Zenit"in şərəfini qoruyan braziliyalı futbolçu üç qat Rusiya çempionudur.