Futbolda mavi kart

Futbolda sarı, qırmızı vərəqədən sonra mavi kart da olacaq.

Sportline.az xəbər verir ki, yeni qəbul edilən qərara əsasən rəqibi lağa qoyan və azarkeşləri ələ salan hərəkətlər futbolçuların mavi vərəqə ilə cəzalanmasına səbəb olacaq.

Mavi vərəqə ilə cəzalanan oyunçu 10 dəqiqə ərzində meydandan uzaq qalacaq və komandasına kömək edə bilməyəcək. 2 mavi və ya 1 mavi, 1 sarı kart ilə cəzalanan futbolçu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılacaq.

Qeyd edək ki, mavi kart tətbiqi yaz aylarında gerçəkləşəcək oyunlarda ilk yoxlanışdan keçiriləcək.