Fyurinin Usikdən üstün cəhətləri

Orta çəkidə sabiq dünya çempionu Endi Li, superağır çəkidə WBC versiyası üzrə çempion Tayson Fyuri ilə WBA, IBF və WBO versiyalarında kəmərlərin sahibi Aleksandr Usikin döyüşü ilə bağlı dşüncələrini bölüşüb.

Sportline.az xəbər verir ki, o, Seconds Out YouTube kanalına müsahibəsində Fyurinin imkanlarını daha yüksək qiymətləndirib.

"Tayson daha təcrübəlidir. O, ayaqları ilə əla işləyir. Boyu da hündürdür.Usikin yüganə üstünlüyü isə sürətli olmasıdır. Ümumilikdə Tayson Usikdən daha üstündür", - deyə Endi Li döyüşlə bağlı sualı cavablandırıb.

Qeyd edək ki, sözügedən qarşılaşma 2024-cü ilin 17 fevralında Ər-Riyadda təşkil olunacaq.