"Gələn il "Qızıl top" Bellingemə veriləcək"

Ötən gecə "ilin ən yaxşı gənc futbolçusu" adına layiq görülən Cud Bellingem 2024-cü ildə "Qızıl top"u qazanmaq üçün favoritdir.

Sportline.az xəbər verir ki, bu, "Goal" portalının versiyasıdır.

Portal artıq gələn il üçün siyahı da dərc edib.

"Goal"a görə 2024-cü ildə "Qızıl top"a namizədlər:

1. Cud Bellingem (“Real”);

2. Kilian Mbappe (PSJ);

3. Erlinq Haaland ("Mançester Siti");

4. Harri Keyn ("Bavariya")

5. Məhəmməd Salah ("Liverpul");

6. Rodri ("Mançester Siti");

7. Julian Alvares ("Mançester Siti");

8. Vinisius Junior ("Real Madrid");

9. Bukayo Saka ("Arsenal");

10. Bernardo Silva ("Mançester Siti")