"Gəncə" final seriyasında qələbə qazandı
Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçirilib.
Sportline.az xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.
Qarşılaşma bölgə təmsilçisinin 78:74 hesablı qələbəsi ilə bitib. Beləliklə, final seriyasında hesab bərabərləşib - 1:1.
Növbəti matç mayın 24-də gerçəkləşəcək.
Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Üç oyundan sonra qalib bilinməsə, mayın 27-də dördüncü və mayın 30-da beşinci duel baş tutacaq.
Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.