Gərgin dueldə bərabərlik: 6:6
Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda növbəti görüş baş tutub.
Sportline.az xəbər verir ki, 12-ci qarşılaşma Lirenin qələbəsi ilə yekunlaşıb.
31 yaşlı qrossmeyster ağ fiqurlarla 38-ci gedişdə rəqibi təslim olmağa məcbur edib. Liren bu qələbədən sonra ümumi hesabı yenidən bərabərləşdirib - 6:6.
Qeyd edək ki, şahmatçılar arasında daha iki görüş olacaq.