Gərgin duellərdə bərabərlik
Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda növbəti görüş baş tutub.
Sportline.az xəbər verir ki, 13-cü qarşılaşma heç-heçə yekunlaşıb.
Hazırda hesab bərabərdir - 6,5:6,5. Bu, ümumilikdə sülhlə başa çatan 7-ci dueldir.
Tərəflər arasında sonuncu görüş aprelin 28-də gerçəkləşəcək. Burada da qalib müəyyənləşməsə, aprelin 30-da tay-breyk oynanılacaq.