Gimnaziadaya qatılacaq Azərbaycan şahmatçıları bəlli olub

Bəhreynin paytaxtı Manamada keçikriləcək Gimnaziada İdman Oyunlarında iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub.

Sportline.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə Paşam Əlizadə, Rüstəm Rüstəmov, Yunis Mahmudzadə, Tunar Davudov, Dinara Hüseynova, Lalə Hüseynova, Nurtən Nuriyeva, Məryəm Ağaverdiyeva, Nərmin Abdinova və Səadət Bəşirli mübarizə aparacaqlar.

Qeyd edək ki, Gimnaziadada şahmat yarışları 25-29 oktyabr tarixlərində keçiriləcək. Azərbaycan şahmatçıları Bəhreynə oktyabrın 23-də yola düşəcək.