"Giresunspor" məşqçisi ilə yollarını ayırdı
Türkiyənin "Giresunspor" klubu köməkçi məşqçi Françisko Vaz Diequizlə yollarını ayırmaq qərarına gəlib.
Sportline.az Sportx.com-a istinadla xəbər verir ki, Qara dəniz klubu ay sonunda müqaviləsi bitən məşqçi ilə yollarını ayırıb. "Giresuspor"un rəsmi sosial media hesabından paylaşım olunaraq, Françiskoya bu günədək göstədiyi səylər üçün təşəkkür edilib.
Qeyd edək ki, Françisko Vaz Diequiz 2022-ci ildə "Giresunspor"da köməkçi məşqçi kimi fəaliyyət göstərib.