Braziliyalı futbolçu karyerasını Türkiyədə davam etdirəcək
Bu mövsüm Super Liqaya yüksələn "Göztepe" klubu ilk transferini reallaşdırıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İzmir klubu AEL Limassolda çıxış edən braziliyalı müdafiəçi Camal Silvanın transfer edildiyini açıqlayıb.
29 yaşlı futbolçu ilə müqavilə 1+1 illki imzalanıb.
Qeyd edək ki, Silva AEL Limassol ilə 74, Braziliya karyerasında isə ümumillikdə 102 oyuna çıxıb.