Gündoğan: "Mən bura məğlub olmağa gəlməmişəm"
İlkay Gündoğan "El-Klasiko"da "Real"a məğlubiyyətin ardınca komanda yolaşlarına qəzəblənib.
Sportline.az "El Partidazo de COPE"yə istinadla xəbər verir ki, "Barselona"nın türk futbolçusu "Real"la oyundan sonra açıqlaması ilə diqqət çəkib.
"Mən bura məğlub olmağa gəlməmişəm. Soyunma otağında daha çox hirs və motivasiya görmək istərdim” - deyə İlkay bildirib.