Hacıyev komandada qaldı
"Səbail" futbolçusu Ruslan Hacıyevlə müqavilənin müddətini uzadıb.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, R.Hacıyev 2021-ci ilin yayından "Səbail"ə qayıdıb.