Hakan Şükür də ölkəmizə dəstək oldu

Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq hücumçusu Hakan Şükür Azərbaycana dəstək nümayiş etdirib.
 
Sportline.az xəbər verir ki, veteran futbolçu "Feysbuk" hesabında bunları qeyd edib:
 
“Ermənistanın, qardaş ölkəmiz Azərbaycanın Gəncə və Mingəçevirdəki mülki yaşayış məntəqələrinə hücumunu qınayıram. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılarımıza şəfa, azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirəm. Azərbaycan, səninləyik”.