Hakim Ziyeş yenidən yaşıl meydanlara dönmək istəyir

"Qalatasaray"ın mərakeşli futbolçusu Hakim Ziyeş yenidən yaşıl meydanlara dönmək niyətindədir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, ulduz futbolçu "Ayaks"ın performans artırıcı məşqçisi ilə xüsusu idman proqramına başlayıb. 

3 gündür xüsusi məşq proqramı ilə hərəkət edən Hakim Ziyeş yenidən yaşıl meydanlara qayıtmaq istədiyini və komandasına kömək etməyə çalışmaq üçün nə lazımdırsa edəcəyini bildirib. 

Qeyd edək ki, "Qalatasaray" rəsmiləri daha öncə Hakim Ziyeşin klubda qalmasını istəmədiklərini demişdilər.